Sizin Reklam Burada
Xəbər lenti
04 aprel
03 aprel
BÜTÜN XƏBƏRLƏR

Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı

Tarix: 15-03-2020 17:27     Baxış: 2262 A- / A+
Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı


Dünyada sürətlə yayılmağa başlayan yeni tip koronavirus pandemiyası həyatımızın bir hissəsinə çevrilməyə başlayıb. Bütün dünya mətbuatı virus haqqında demək olar ki, bilinən məlumatları hər gün təkrarən yayır. Nə qədər təkrarlansa da, azdır. Çünki həyatımızda heç vaxt qarşımıza çıxmayan problem mövcuddur.

Bəs koronavirusa dedikdə nə başa düşülür?

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunun üçün əvvəlcə aşağıdakı suallara cavabı bilməlisiniz:

1. Koronavirusa nədir?

- Heyvanlar arasında yayılmış böyük bir virus qrupudur.

2. Nə zaman, harada və necə meydana gəldi?

- İlk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana çıxdı. Virusa ilk yoluxanın heyvan bazarında balıq satan 49 yaşlı şəxs olduğu təxmin edilir.

3. İnfeksiya necə yayılır?

- Öskürək və asqıraq zamanı havaya yayılan viruslar tənəffüs yolundan insan bədəninə daxil olur. Virusun olduğu əşyalara toxunduqdan sonra əllərimizi ağzımıza və burnumuza vuran zaman xəstəliyin daşıyıcısı oluruq.

4. Bu günə kimi neçə nəfərdə koronavirus aşkarlandı və neçə nəfər həyatını itirdi?

- Pandemiya yayılmağa başlayandan cari ilin martın 43-nə kimi 146 314 nəfər yoluxub. 5.442 nəfər isə koronavirusdan ölüb. 72.556 nəfər sağalıb.

5. Neçə ölkədə yayılıb?

- Ümumilikdə 145 ölkədə. İlk üçlükdə Çin, İtaliya və İran yer alıb.

6. Pandemiyanın vaksinləri varmı?

- Hələlik tapılmayıb.

7. Daha nə qədər yayıla bilər?

- Bu barədə müxtəlif versiyalar mövcuddur. Pandemiyanın yayılması belə davam edərsə, dünya əhalisinin 40-70 faizi yoluxa bilər. Digər versiyaya görə, koronavirus adi qrip kimi mövsümi xəstəliyə də çevrilər. Eyni zamanda, xəstəliyin 80 faizinin yüngül formada keçdiyini ehtimal etsək, yerdə qalan 20 faizin problem yaradacağı ilə bağlı fikirlər səslənir.

8. Koronvirusun yayda yayılma sürəti azalacaqmı?

- Bu virusun fəsillərlə heç bir əlaqəsi yoxdur. Yaya kimi ya virus yoluxmağa insan tapmayacaq və öz-özülüyündə məhv olacaq, ya da bunun peyvəndi hazırlanacaq.

9. Kimlər risk altındadır? Necə qoruna bilərik?

- 65 yaşdan yuxarı olanlar və immuniteti güclü olmayanlar risk altındadır.

10. İmmun sistemini necə gücləndirmək olar?

- Gündə 7 saat yatmalısınız. Hər gün yarım saat idman etməyə çalışın. Bütün tərəvəz və meyvələrdə antioksidanlar var. Xüsusilə çuğundur, sarımsaq, brokkoli, sitrus meyvələri, böyürtkən və kiviyə üstünlük verin.

11. Gigeynika qaydaları hansılardır?

- Xəstə insanlarla təmas etməyin. Əllərinizlə ağız, burun və gözə toxunmayın. Əllərinizi ən az 20 saniyə müddətində sabunla yuyub qurulayın. Öskürək və asqıraq zamanı ağzınızı bir dəfə istifadə olunan dəsmalla (salfetlə) bağlayın.

12. Maskadan istifadə olunmalıdırmı?

- Sağlam insanların istifadəsi vacib deyil. Lazımlı məqamlarda tibbi maskalardan istifadə etmək olar. Filtrli maskalar digər tənəffüs problemlərinə səbəb ola bilər. Dəfələrlə istifadə olunan tibbi maskalar mikrob riskini artırır .

13. Əlcək geyinmək vacibdirmi?

- Tibb işçilərindən başqa adi insanlar əlcək geyinməməlidir. Düzgün istifadə olunmasa, daha çox problemlərə yol aça bilər.

14. Evdə nələrə diqqət etməliyik?

- Otağı tez-tez havalandırmaq lazımdır. Normal yuyucu vasitələri ilə təmizlik etmək kifayətdir.

15. İş yerində görülməsi vacib olan tədbirlər hansılardır?

- Ortaq istifadə edilən otaqların gigiyenasına diqqət edilməlidir. Qoruyucu ləvazimatlarla təmin olunmalıdır. Otaq tez-tez havalandırılmalı və şübhəli vəziyyət hiss edildikdə karantinə alınmalıdır.

16. İctimai nəqliyyatda nə gözlənilməlidir?

- Mümkün qədər az istifadə olunmalıdır. İctimai nəqliyyatdan düşdükdən sonra əllər yuyulmalı və ya dezinfeksiya edilməlidir.

17. Sosial həyatımıza necə təsir edəcək?

- Əllə görüşmək, qucaqlaşmaq və öpüşmək çox risklidir. İnsanların sıx olduğu yerlərə getmək olmaz.

18. Ev heyvanlarını necə qoruya bilərik?

- Xəstəliyin pişik və itdən keçməsi ilə bağlı məlumat yoxdur. Buna baxmayaraq, heyvanları əzizlədikdən sonra gigiyena qaydalarına əməl olunmalıdır.

19. Vacib xarici səfərlər zamanı nə etməli?

- Hava limanlarında gözləmə yerlərində insanlarla ara məsafəsi saxlamaq şərtdir. Getdiyiniz ölkədə insanların sıx olduğu məkanlara getməyin. Ən əsası virus olan ölkədən qayıtdıqdan sonra 14 gün evdən çıxmayın.

20. Uşaqlarımızı necə qoruya bilərik?

- Onlara virus barədə yalan danışmayın. Suallarını cavablandırın. Qorxutmadan, təzyiq göstərmədən və təhdid etmədən əllərini tez-tez yumağın vacib olduğunu başa salın.

21. Virusa yoluxduğumuzu necə anlaya bilərik?

- Üç əsas şərt var: qızdırma, öskürək və tənəffüs çətinliyi. Virusa yoluxanların 80 faizi yüngül formada keçirir.

22. Şübhələnəndə ilk olaraq nə etməliyik?

- Dərhal həkimə müraciət etməliyik. Müayinədən sonra virusun simptomları aşkarlanarsa, Səhiyyə Nazirliyinin təyin etdiyi xəstəxanaya göndəriləcəksiniz.

23. Xəstə olan şəxs hansı hissləri keçirir?

- Bu əsasən tənəffüs problemi ilə bağlı infeksiyadır. Əsasən qızdırma, öskürək və tənəffüs çətinliyi ilə özünü büruzə verir. Simptomlar virusla qarşılaşdıqdan beş gün sonra hiss edilir. Proses xəstənin immun sisteminin zəif olub-olmamasından və yaşından asılı olaraq dəyişir. Xəstəlik ya irəliləyib pnevmoniya ilə tənəffüs çatışmazlığına aparır, ya öz-özünə sağalır.

24. Müalicəni dəstəkləyən əlavə bir şeylər varmı?

- Xəstəliyin birbaşa müalicəsi yoxdur. Nə də dərmanı var. Sağlam qidalanmaq və kifayət qədər yatmaq lazımdır. Duzlu su ilə qarqara kimi vasitələr müalicə üsulu deyil.

25. Pandemiya nə qədər müddətə keçir?

- 14 gün müddətinə xəstəlik sağalır.

26. Bir dəfə yoluxub sağalan yenidən yoluxa bilərmi?

- Bununla bağlı dəqiq məlumat yoxdur.

27. Psixologiyamıza necə təsir edə bilər?

- Virusla bağlı hər dəqiqə yeni xəbərlər izləməkdən əl çəkin. Hər kəsə qulaq asmayın. Rəsmi dairələrin qərarına görə hərəkət edin. Ümidinizi itirməyin. Unutmayın ki, bu virusa ən az zərərlə belə qalib gələ bilərsiniz.

28. Gigiyena vəsvəsəsinə çevrilməmək üçün nə etmək lazımdır?

- Gigiyena qaydalarının düzgün müəyyənləşdirilməsi və bu qaydalara tam riayət edilməsi vəsvəsədən fərqli bir vəziyyət yaradır. Nə ediləcəyi bilinməyəndə və tədbirlərin dərəcəsi müəyyən edilmədikdə vəsvəsə daha çox ağırlaşır.

29. Yaşadığımız yer karantindədirsə, sakitliyimizi necə qoruyuruq?

- Sevdiyimiz insanlardan ayrılma ehtimalı kimi narahatlıqlar yarana bilər. Ancaq vəziyyətin müvəqqəti olması ilə bağlı fikir bu çətinliyi təmin edə bilər.

30. Fond yaratmağa ehtiyac varmı?

- Xeyr. Epidemiya ilə mübarizənin ən vacib qaydalarından biri nəzakət və hörmətdir.

31. Sosial nəticələri nə olacaq?

- Ölüm statistikasına nəzər salsaq görərik ki, virus əsasən yaşlı nəslin insanlarının həyatına son qoyur. Vəziyyət belə olduqda yaşlı əhali üçün xüsusi siyasət hazırlanması faktı ortaya çıxa bvilər. Bundan əlavə, cəmiyyətdə sosial-iqtisadi bərabərsizliklər mövcuddur. Virusun yayıldığı zamanda həddindən artıq tələb olunan məhsulların baha qiymətə satılması kimi məqamları nəzərə alaraq, cəmiyyətin önümüzdəki dövrdə bu bərabərsizliklərə qarşı mühüm bir imtahan verəcəyini söyləmək yanlış olmaz.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar