Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

40 günlük körpənin ürək əməliyyatı uğurlu alındı

Tarix: 06-11-2019 12:21     Baxış: 3214 A- / A+
40 günlük körpənin ürək əməliyyatı uğurlu alındı


Respublika Müalicəvi Diaqnostika Mərkəzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş körpə sağlamlığa qovuşub.

Verilən məlumata görə, RMDM-də Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrahın rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub, anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş sağlamlığa qovuşub. Əməliyyat erkən yaşda ciddi ürək çatışmazlığı, ağciyər (pulmonar) hipertenziya, biküspid aort qapaq və geniş (10 mm) PDA ilə 40 günlük körpə üzərində həyata keçirilib.

RMDM-ə qəbul edilərkən körpədə qidalanma zamanı ciddi təngnəfəslik, yorulma və tərləmə əlamətləri var idi. Qüsur aradan qaldırıldıqdan sonra körpənin çəkisində gözəçarpacaq dərəcədə artma müşahidə olunub və yaxşı vəziyyətdə evə yazılıb. Körpənin valideynləri əməliyyatda əməyi keçən bütün tibbi heyətə təşəkkürünü çatdırıblar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar