Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Baş Nazirin istefaya göndərilmə səbəbi - Prezident islahatları davam etdirir (ŞƏRH)

Tarix: 08-10-2019 17:54     Baxış: 4163 A- / A+
Baş Nazirin istefaya göndərilmə səbəbi - Prezident islahatları davam etdirir (ŞƏRH)


Azərbaycan Prezidenti İlham Əliyev islahatları davam etdirir. Heç şübhəsiz bu prosesin aparılması üçün başlıca şərt kadr islahalartıdır. Dövlət başçısı bu istiqamətdə də növbəti mühüm addımlar atmaqdadır. Bu da növbəti kadr islahatı: 72 yaşlı Novruz Məmmədovun yerinə 62 yaşlı iqtisadçı Əli Əsədov təyin edildi.

Prezident İlham Əliyev bununla ölkədə biznes mühitini yaxşılaşdırılması üçün əhəmiyyətli addım atıb. Dövlət başçısı inauqrasiya mərasimində vurğulamışdı ki, qarşıdan gələn illər ərzində biznes mühitinin yaxşılaşdırılması sahəsində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. Prezident vurğulamışdı ki, bu sahədə tam şəffalığa nail olmalı, bütün mənfi hallara son qoyulmalıdır.

Deməli, belə məlum olur ki, hökumətin keçmiş başçısı Novruz Məmmədov cənab Prezident tərəfindən təyin olunan hədəflərin öhdəsindən gələ bilməyib. O, iqtisadi islahatlara, ümumi daxili məhsulun artım templərinin yüksəldilməsi, hökumətin işinin effektivliyinin artırılmasına nail olmayıb.

Düzdür, Prezidentin komandasında 16 ildir fəaliyyət göstərmiş keçmiş Baş Nazirin loyallığına şübhə yoxdur. Bu müddət ərzində Heydər Əliyev, daha sonra isə İlham Əliyevlə işləmiş Novruz Məmmədov ölkəsinə borcunu sədaqətlə yerinə yetirib.

Ancaq bu, istənilən vətəndaşın və dövlət rəsmisinin borcudur. Öz dövlətinə sədatəqli ollmaqla iş bitmir. Məsələ qarşıya qoyulan məqsədləri həyata keçirə bilməməkdədir, bunun üçün yalnız loyallıq yetərli deyil.

Odur ki, keçmişdəki nailiyyətlərə ümid etmədən, hazırkı durumda nəticə göstərmək, hər zaman effektiv iş sərgiləmək vacib sayılır. Bu işdə əsas hədəf cari məsələlərə və mövcud vəziyyətə, real zamanın tələblərinə adekvat olmaqdır. Baş Nazir daha çevik fəaliyyət göstərməklə islahatların gedişinə böyük təkan verə bilərdi.

Heç şübhəsiz Nazirlər Kabineti başçısının dəyişməsi həm də bütün dövlət məmurlarına verilən siqnaldır. Bu, illərdir dövlət postu tutanlara da şamil olunur. Dövrün və günün tələbinə cavab verə bilməyən(lər)in tutduğu vəzifədən getməsi labüddür.

Azərbaycanın keçmiş baş naziri Artur Rəsizadə 2003-cü ilin noyabrında bu vəzifəyə təyin ediləndə 68 yaşı var idi. O, bu postda 2018-ci ilin aprelindək 15 il işləyib. Başqa sözlə, 83 yaşındək Artur Rəsizadə Baş Nazir olub. Müasir dünyada hökumət kimi çevik bir quruma bu yaşda başçılıq etmək Azərbaycana səmərli olmadı. Yəni, həmin dövrdə Nazirlər Kabineti iqtisadi islahatlar üçün səmərəli proqram hazırlamadı.

Novruz Məmmədov da 2018-ci ilin aprelində bu vəzifəyə təyin ediləndə 71 yaşı var idi. "Məsələ yaşda deyil", deyənlərin də sözündə həqiqət böyükdür. Ancaq onların işinin öhdəsindən gələ bilməməsində bu yaşın da rolu az deyil, bəlkə əsasdır.

Dünya siyasətində aparıcı rolu indi gənclər və orta yaşlın nümayəndələri tutmağa başlayıb. Azərbaycanın da daha mükəmməl təhsil almış təcrübəli gəncliyi var. Onlar dövlətin inkişaf etməsi üçün qarşısında duran məsələləri bilirlər. Son zamanlar təyin edilən gənc nazirlər Təhsil naziri Ceyhun Bayramov, Kənd təsərüfat naziri İnam Kərimov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Vergilər naziri Mikayıl Cabbarov, İnformasiya və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri Ülvi Mehdiyev bu etimadı doğrultmaqdadır. Onların fəaliyyəti və qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlməsi də bunu təsdiqləyir.

Modern, yeni düşüncəli, təcrübəli, Azərbaycana sədaqətli xidmət edəcək gənclərin yüksək postlara gətirilməsi bütövlükdə idarəetmənin səmərəliliyinin artırılması, iqtisadiyyatın böyüməsi deməkdir. Hesab etmək olar ki, islahatların genişlənməsi və effektivliyinin artırılması məqsədi ilə kadr islahatları davam edəcək. Çünki islahlatların uğurlu nəticə verməsi üçün kadrlar həlledicidir.

Bu baxımdan Prezident İlham Əliyevin apardığı islahatların əsasında həm də kadr dəyişikliyi durur. Bu sahədə gənclərə üstünlük verilməsi dövlətçilik ənənələrinin inkişafı və yeni nəsilə ötürülməsi baxımdan da əhəmiyyətlidir./report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar