Xəbər lenti 
					
 
		Azərbaycanda şifrələnmə proqramları ilə hücumların sayı artıb

"Kaspersky Lab" şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72% -dən 0.85%-ə qədər artıb.
Aprel-iyun aylarında bu istiqamətdə MDB ölkələri arasında ən aktiv "WannaCry" ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib. Bu troyana qarşı "patch" 2017-ci ildə, yəni, bu epidemiyanın yaranmasından iki ay əvvəl buraxılsa da, "WannaCry" hələ də ciddi təhlükə yaradır. MDB ölkələri arasında ikinci yerdə "GandCrab" qərarlaşıb. Liderlərin üçlüyünü "Shade" proqramı tamamlayır. Hücumların 11% bu şifrələnmə proqramı ilə həyata keçirilir.
Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.
"İyun ayının əvvəlində, son il yarımın ən çox yayılmış zərərli proqramlardan biri olan "GandCrab"ın müəllifləri fəaliyyətlərini dayandırdıqlarını elan etsələr də, ikinci rübdə şifrələnmə proqramları ilə hücumların artdığını müşahidə etdik. "GandCrab" proqramı şifrələnmənin nə qədər səmərəli ola biləcəyini nümayiş etdirdi. Yayılmış bəzi məlumatlara görə, onun yaradıcıları kifayət qədər "qazandıqları" üçün fəaliyyətlərini dayandırdılar. Biz güman edirik ki, "GandCrab"ı əvəzləyəcək digər zərərli proqramlar hərəkətə keçəcək. İstifadəçilərə xatırladırıq ki, cihazlardakı proqram təminatını mütəmadi yeniləmək və etibarlı qoruyucu həll istifadə etmək lazımdır", - deyə şirkətin baş antivirus mütəxəssisi Fyodor Siniçın deyib.
Şifrələmə proqramı ilə cihazın yoluxma riskini azaltmaq üçün bunlar tövsiyə edilir: əməliyyat sistemini mütəmadi olaraq yeniləyin və "patch"ları vaxtında quraşdırın; etibarlı qoruyucu həllər istifadə edin; faylların şifrələndiyi halda heç vaxt ödəniş etməyin, çünki bu sənədlərə girişin geri qaytarılmasını təmin etmir. Mütəxəssislərə müraciət edin. Hər zaman faylların nüsxəsini çıxarıb ayrıca saxlayın.sputnik.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















