Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ortaq türk əlifbasında 34 hərfin olması təklif edilir - İnstitut direktoru

Tarix: 29-10-2019 08:52     Baxış: 3432 A- / A+
Ortaq türk əlifbasında 34 hərfin olması təklif edilir - İnstitut direktoru


Hazırda dünya türkoloqları ortaq türk əlifbasında 34 hərfin olmasını təklif edirlər.

Manevr.az bildirir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, ortaq türk əlifbası bir dəfə hazırlanaraq qəbul edilib. 1992-ci ildə Türkiyədə keçirilən tədbirdə Azərbaycanın Təhsil naziri Firudin Cəlilov tərəfindən hazırlanmış latın qrafikalı əlifba bütün türkdilli dövlətlər üçün ortaq əlifba kimi qəbul olunub:

"Amma bu əlifba sonra tətbiq edilməyib. Həmin əlifbada ən çox Azərbaycan dilinin əlifbasındakı hərflər əsas götürülüb. Çünki Azərbaycan dilində 32 hərf var, digər türkdilli ölkələrdə isə hərflərin sayı azdır. Məsələn, Azərbaycan dilində olan "ə", "x" hərfi və səsi o biri əlifbalarda yoxdur. İndi isə əlifbanın 34 hərfdən ibarət olması təklif edilir. Orada da qıpcaq qrupu dillərinin xüsusiyyəti nəzərə alınır. Əlifbada xüsusilə də "sağır nun" hərfinin olması təklif edilir. Özbəklər də, türkmənlər də "nq" səsini işlədirlər, yəni onlar "mənə" deyil, manqa deyirlər, bu "n"nın üstündə dalğalı işarə qoyulur. Klassik mətnlərdə də bu hərf var".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar