Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İngiltərə donanmasının komandanı: “Türklər bizə dərs verdi”

Tarix: 31-10-2019 15:32     Baxış: 3161 A- / A+
İngiltərə donanmasının komandanı: “Türklər bizə dərs verdi”

Üstündən 100 il keçməsinə rəğmən İngiltərə Hərbi Dəniz Donanması Çanaqqala müharibəsindən dərs çıxarmaqda davam edir.

Manevr.az xəbər verir ki, bu barədə İngiltərə Donanmasının komandanı, admiral Toni Radakin Krallığın Silahlı Qüvvələr İnstitutunda “Çanaqqala döyüşlərinin anım konfransında” çıxışı zamanı deyib.

Admiral bildirib ki, hər birimiz nöqsan və zəfərlərimizdən dərs almalıyıq: “Çanaqqala piyada döyüşləri hər birimiz üçün çox əhəmiyyətli müharibə idi. Məncə, Çanaqqala qoşunlarının savaşı İngiltərə olaraq edə bilmədiyimizi gördüyümüz qarşıdurma idi. 100 ildən sonra geriyə baxmağımızın mənası qismən də olsa bu müharibədə iştirak edən insanların fədəkarlığını qəbul etməkdir. Həyatını itirən və yaralananların sayına baxdıqda bu fədəkarlığı qəbul etməliyik”.

İngiltərənin keçmişdən dərs almaq təcrübəsinə sahib olduğuna işarə vuran admiral əlavə edib ki, tarix əhəmiyyətlidir: “Hər birimiz tarixə ibrət götürmək üçün baxmalıyıq, qələbəmiz olduğu qədər xətalarımızdan da nəticə çıxarmaq dürüstlüyünə sahib olmalıyıq”.

Komandan əlavə edib ki, Çanaqqala döyüşlərindən sonra İngiltərə səhvlərini anlayıb: “Türk qüvvələrinin davranışı qələbələrimizdən daha çox şeylər öyrənməyimizə səbəb oldu”.

Xatırladaq ki, I Dünya Müharibəsindən Çanaqqala boğazını keçərək İstanbulu işğal etmək və Osmanlı imperiyasını müharibədən kənarında saxlamaq məqsədilə Fransa və İngiltərə donanması 2015-ci ilin 18 martında baş verən müharibədə ağır itkilərlə çıxıb. İki donanmanın ən azı 3 gəmisi batırılıb, 3 gəmisi isə zədələnib. Bundan sonra müttəfiqlər aprelin 25-də qurudan əməliyyatlara başlayıb. Ancaq 9 ay sürən savaşda türk ordusuna məğlub olaraq geri çəkiliblər.

Bu hərbi hərəkatın ideya müəllifi və İngiltərə Donanmasına cavabdeh olan Çorçil uğursuzluğu səbəbindən istefa verməli olub.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar