Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yer kürəsinin yaxınlığında qara dəliyin izləri aşkar edilib

Tarix: 03-10-2019 09:10     Baxış: 3155 A- / A+
Yer kürəsinin yaxınlığında qara dəliyin izləri aşkar edilib

Qəbul edilmiş nəzəriyyəyə əsasən hətta ulduzları belə udan qara dəliklər bir qayda olaraq Günəş sistemindən çox uzaqlarda yerləşirlər. Lakin qəbul olunmuş bu nəzəriyyə yaxın zamanda dəyişə bilər. Belə ki, ABŞ-dan və İngiltərədən olan fiziklərin fikirlərincə bir neçə müddət bundan öncə astronomlar tərəfindən kəşf edilmiş X planeti əslində digər bir kosmik obyekt ola bilər. Söhbət, qara dəlikdən gedir. Kəşf edilmiş X planetinin ölçüsü böyük olmasa da onun bizim qalaktikamıza təsiri artıq hiss olunandır. Bu barədə Arxiv.org saytı xəbər verib.

Manevr.az bildirir ki, bu cür nəzəriyyə bir sıra müşahidələrə əsaslanır. Son bir neçə il ərzində alimlər Günəş ətrafında dövr edən transneptun obyektlərin orbitlərində qəribə anomaliyalar müşahidə ediblər. Həmin obyektlər ilə Günəş arasındakı məsafə Neptun ilə Günəş arasındakı məsafədən daha çoxdur. Hələ bir neçə müddət bundan öncə müşahidə edilmiş anomaliyalar böyük ölçülü planetin qravitasiya gücü ilə əlaqələndirilirdilər. OGLE proqramı çərçivsəində alimlər 6 dəfə qravitasiya linzası hadisəsini müşahidə ediblər. Bu hadisə zamanı kosmik obyektin qravitasiya gücü sayəsində işıq təhrif (əyilmə) olunur. Bu cür effektin alınmasının səbəbi həm böyük ölçüyə sahib planetlər həm də ilkin qara dəliklər ola bilər.

Yüksək sıxlıqlı materiyadan yaranan ilkin qara dəlikləri alimlər kainatın genişlənməsi ilə əlaqələndirirlər. Günəş sistemi məhz bu cür qara dəliyi öz tabeliyinə götürə bilər. Astronomların fikirlərinə əsasən onun mövcudluğu isə sirli X planetinin müşahidəsinin mümkünsüzlüyünü izah edə bilər. Belə ki, boulinq şarından böyük olmayan qara dəliyin müşahidə olunmasında standart üsullar çalışmır. Bu nəzəriyyənin yoxlanılması üçün tədqiqatçılar sözügedən obyektin şüalanmasını qeydiyyata almağı planlaşdırırlar. Belə ki, həmin obyekt qara materiyanı udan zaman şüalanma buraxmalıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar