Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Şəkillər

Tarix: 28-07-2019 19:05     Baxış: 4520 A- / A+
Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Şəkillər

Vladimir Putin 1952-ci ildə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub. Anası fabrik işçisi, atası sualtı gəmidə zabit idi.

Manevr.azTeleqraf.com xəbər verir ki, o, 1975-ci ildə Leninqrad Universitetini bitirdikdən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (KQB) işləməyə başlayır, bu məqsədlə Almaniyaya göndərilir.

Leninqrada qayıtdıqdan sonra bir müddət universitetdə çalışır. Eyni zamanda, Leninqrad Dövlət Universiteti rektorunun xarici məsələlər üzrə köməkçisi vəzifəsini icra edir. 1990-cı ildə KQB-dən ayrıldıqdan sonra Leninqrad qubernatoru Sobçakın yanında işləməyə başlayır. 1994-cü ildə onun köməkçisi vəzifəsini tutur.

Vladimir Putin 1999-2000-ci illərdə baş nazir, 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir, 2012-ci ildən indiyədək isə yenidən prezident postunu tutub.

Keçmiş həyat yoldaşı Lüdmila Putina


1983-cü ildə Lüdmila ilə evlənən Putin 2014-cü ildə ondan boşanıb. Bu evlilikdən iki qızları var: Yekaterina Putina və Mariya Putina.

Amma Putinin evliliyi hər nə qədər göz önündə olsa da, bu günədək ailə həyatını mediadan gizlətməyi bacarıb. Qızları haqda olduqca az məlumat var, yayılan xəbərlər də əksər vaxt dezinformasiya xarakterli olur. Məsələn, onların Hollandiyada yaşaması kimi…

Qızları haqda danışdığı yeganə şey onlarla fəxr etdiyi və adi bir həyat yaşaması ilə bağlıdır:

“Qızlarım siyasət və ticarətlə məşğul olmur. İki qızım da Rusiyada yaşayır, xarici ölkədə təhsil almayıblar. Adi insanlar kimi öz həyatlarını yaşayırlar və bunu qürurla edirlər. Üç xarici dil bilirlər, qızlarımla fəxr edirəm”.

Böyük qız Mariya

Mariya 1985-ci ildə Sankt-Peterburqda doğulub. Hollandiyada yaşadığı bildirilir, holland iş adamı Jorrit Faassenlə evlidir. Faassen Haaqa Universitetindəki təhsilini bitirdikdən sonra Rusiyanın “Qazprom” şirkətində işləməyə başlayıb.

Hansı bir həyatı yaşadığı bilinməsə də, milyarder olduğu dəqiqdir.

İkinci qız Yekaterina

1986-cı ildə Almaniyada doğulub. O da bacısı kimi Sankt-Peterburq Dövlət Universitetinin məzunudur. Lakin bir iddiaya görə, Moskva Dövlət Universitetini bitirib və Tixonova soyadını daşıyır. Yəni, atasının soyadı yerinə anası Lüdmilanın qızlıq soyadını götürüb.

Hazırda Moskva Dövlət Universitetində dövlət proqramlarının icrasını həyata keçirdiyi bildirilir.

Yekaterina eyni zamanda, akrobatik rəqs mütəxəssisidir. 2013-cü ildə 35 yaşlı Kirill Şamalovla evlənib. Kirill Şamalov isə “Ozero” korporativinin sahibi Nikolay Şamalovun oğludur. Kirill həmçinin “Sibul Holding”-in sahiblərindən biridir.

Putin qızları haqda hər nə qədər “ticarətlə məşğul olmurlar, sadə həyatları var” desə də, hər ikisinin ultra zəngin bir həyatının olduğuna dair iddialar var.teleqraf.com

Manevr.az
Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Şəkillər

Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Şəkillər

Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Şəkillər

Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Şəkillər




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar