Xəbər lenti
Reper Nəvai Bəkirov narkotiklə tutuldu
Qazaxıstanda məşhur azərbaycanlı reper Navai (Nəvai Bəkirov) saxlanılıb.Manevr.az xəbər verir ki, 31 yaşlı musiqiçi narkotik vasitələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, reper oktyabrın 13-də Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Əməliyyatda polis əməkdaşları və Qazaxıstan Milli
Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Polisdən bildirilib ki, musiqiçinin olduğu avtomobilə baxış keçirilərkən narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə cinayət işi başlanılıb. Reper müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Hazırda hadisə ilə bağlı ibtidai istintaq aparılır. Navaiyə rəsmi ittiham irəli sürülməsi barədə hələlik məlumat yoxdur.
Musiqiçi və onun nümayəndələri baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməyiblər.
Qeyd edək ki, əslən azərbaycanlı olan Nəvai Bəkirov 1995-ci ildə Rusiyanın Samara şəhərində anadan olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























