Sizin Reklam Burada
Xəbər lenti
17-08-2026
16-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Yaxşı ki, 1 il həbs olundum, çox şey dəyişdi"

Tarix: 17-08-2026 13:49     Baxış: 332 A- / A+
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı keçmişi ilə bağlı etirafı ilə diqqət çəkib.
Manevr.az xəbər verir ki, idmançı vaxtilə törətdiyi əməldən peşman olduğunu və həbsdə olduğu dövrün həyatında dönüş nöqtəsinə çevrildiyini bildirib.
Kamil Zeynallı bıçaqlanma hadisəsi ilə bağlı həbs olunduğunu xatırladıb:
"Başıma çox işlər gəlib. O vaxt həbs olunmuşdum, o əməlimdən də peşmanam. Bıçaqlanma hadisəsi olmuşdu, tutulmuşdum. Bu gün də yadıma düşəndə çox peşman oluram".
İdmançı hadisənin necə baş verdiyini də danışıb. Onun sözlərinə görə, qonşusunun nişanlısı ilə bağlı yaranan mübahisəni həll etmək üçün iki nəfərlə birlikdə qarşı tərəflə danışmağa gediblər. Lakin vəziyyətin gərginləşdiyini və onların üzərinə çox sayda şəxsin gəldiyini bildirib.
Kamil Zeynallı həmin vaxt döyüldüyünü və hadisə zamanı özündə olmadığını deyib:
"Məni vurmuşdular, mən də anlaqsız vəziyyətdə idim. Elədiyim hərəkəti də bilməmişdim. Axşam təslim oldum, həbs olundum, bir il sonra çıxdım".
O, sonradan şərti cəza ilə azadlığa çıxdığını və məhz bundan sonra həyatında ciddi dəyişiklik etdiyini vurğulayıb.
Kamil Zeynallı həbsdə olduğu müddətdə çox şey barədə düşündüyünü və həmin dövrü həyatını yenidən qurmaq üçün fürsət kimi dəyərləndirdiyini bildirib:
"Həbsdəki müddətdə çox şeyi götür-qoy etdim. Dedim ki, yaxşı ki, həbs olunmuşam, beynimi toparlamağa başladım. Oradan çıxandan sonra işlədim. Ora düşməmək üçün çox çalışmalıyam deyə qarşıma məqsəd qoydum".
Fitnes məşqçisinin keçmişi ilə bağlı bu səmimi etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun həyatındakı dönüş və keçmişindən nəticə çıxarması barədə müxtəlif fikirlər səsləndiriblər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar