Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim"

Tarix: 30-06-2026 18:27     Baxış: 419 A- / A+

"Xəstəyə baxan özü xəstə düşür. Ruh halın çökür. Özünə belə kimsə lazımdır ki, sənə ruh versin. Çətin prosesdir. İnsanı ölüm böyütmür, düşdüyü vəziyyətdə dirilmək böyüdür, xəstəxana küncləri, ona baxmaq, qarşıdakının ağrı çəkdiyini görmək böyüdür. Ölümə qədər o qədər şeylər olur ki, sən hər gün böyüyürsən".

Manevr.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova "Qapqara" yutub layihəsində deyib. O, qan xərçəngindən əziyyət çəkən bacısından və onun vəfatından danışıb:
"Yas tutmağa macal tapmadım. Məsuliyyətlərim çox idi. Yas tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim. İkimiz də subay olsaydıq, övladlar olmasaydı, illərlə yas tutardım. İnsan bunu həyatı boyu tuta bilər. Bütün məişət işlərini görərkən yas saxlayırsan. Həyat qayğısının içindəsən. Bu da normal yas saxlayanlardan daha ağırdır. Sən tam təmizlənmirsən.
Bacımın övladlarının ataları da yanlarındadır. Biz onları ikimiz böyütdük. Bir ananın edə biləcəyi hər şeyi edirəm. Vicdan dünyada tapılmayan bir hissdir. Hər kəsi sevə bilərik, amma gözümüzdən düşə bilər. Bacımın 3 balasını qoruyuram".axşam.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar