Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Avropada müğənnilər məni təkrarlayırlar"

Tarix: 21-07-2026 17:55     Baxış: 381 A- / A+

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur".
Manevr.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib. Müğənni evindəki geyim və əşyalarının çoxluğundan danışıb:
Müğənni əlavə edib ki, evindəki əşyaların çoxluğu səbəbindən notlarını, kitablarını və hətta mahnılarını da rahat tapa bilmir:
"Evim çox doludur. Geyimlərimi, notlarımı, kitablarımı görə bilmirəm. Mahnılarıma da evdə yer yoxdur. Özümə hərdən sual verirəm ki, bu zənginlikdir, yoxsa israfçılıq? Deyirlər, paltarları kiməsə ver. Amma birini bu gün geyinmirəmsə, gələcəkdə hansısa konsertdə istifadə edəcəyəm".
E.Seyidcahan illər əvvəlki fərqli geyim tərzinin sonradan başqaları tərəfindən təkrarlanmasından məmnun olduğunu da vurğulayıb:
"Məni təkrarlayanları görəndə sevinirəm. Bir vaxtlar məni qəbul etmirdilər. Sonra gördülər ki, Avropada müğənnilər də mənim tərzimi təkrarlayır. 20-30 il əvvəlki müğənnilərə baxın, səhnəyə lüt çıxırdılar. İndi hamısı ekstravaqnt olublar. İndi bir də Elzaya baxın. Mən edəndə həvəsdən salmağa çalışırdılar, illər keçdi, indi isə eyni üslubu təkrarlayırlar. Allah məni o qədər təriflə yaradıb ki, bəndələr nə qədər tərifləsə də onun yanında cılız qalacaq".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar