Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

Elşad Xose polisə çağırıldı

Tarix: 10-07-2026 09:39     Baxış: 387 A- / A+

Reper Elşad Xosedən polisə şikayət olunub.
Manevr.az "Yeni Sabah"a istinadən xəbər verir ki, onunla "Sea Breeze" ərazisində çıxış etməsi barədə 5500 manatlıq sövdələşmə imzalanıb.
Razılaşma zamanı reperə əvvəlcədən 500 manat beh də ödənilib. Lakin konsertin keçirilməsinə cəmi 4 saat qalmış Elşad Xose əvvəlcədən razılaşdırılmış qonorarın artırılmasını tələb edib. O, əlavə ödəniş edilməyəcəyi təqdirdə səhnəyə çıxmayacağını bildirib.
Məkan rəhbərliyi isə əvvəlcədən bağlanmış razılaşmanın dəyişdirilməsinin doğru olmadığını vurğulayaraq əlavə ödəniş etməkdən imtina edib. Nəticədə, Elşad Xose konsertə gəlməyib və proqram baş tutmayıb.
Konsertin ləğv olunmasından sonra məkana gələn müştərilərlə rəhbərlik arasında narazılıq yaranıb. Hadisənin ertəsi günü məkan sahibi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək şikayətçi olub.
BŞBPİ-yə çağırılan reper ifadəsində məkanın "Sea Breeze" olduğunun ona əvvəlcədən deyilmədiyini iddia edib. Qarşı tərəf isə iddiaları təkzib edərək telefon danışıqlarını sübut kimi təqdim edib. Yazışmalarda məkanın "Sea Breeze" olduğunun açıq şəkildə qeyd edildiyi üzə çıxıb.
Qeyd edək ki, Elşad Xose yanvarın əvvəlində Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar