Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi"

Tarix: 03-06-2026 09:13     Baxış: 323 A- / A+

Müğənni Tacir Şahmalıoğlu geyiminə görə sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verib.
Manevr.az xəbər verir ki, sənətçi qaynarinfo-ya açıqlamasında bildirib ki, müzakirələrə səbəb olan görüntülər onun evinin həyətində lentə alınıb:
"Həyətimdir. Verilişə və ya studiyaya idman geyimində çıxmamışam ki. Səhər tezdən çəkiliş qrupu gəlib, məni evimdə çəkib. Burada qəbahətli nə var? Həmin gün toyum var idi. Əvvəl çəkiliş etdik, sonra geyimimi dəyişib toya getdim. Başa düşə bilmirəm, insanlar evlərində necə gəzir? Həyətdə pencək və qalstukla gəzirlər? Tənqidə normal yanaşıram. Bu da lazımdır, qoy etsinlər".
Tacir Şahmalıoğlu bu iradların əsassız olduğunu düşünür:
"Bu tənqid məqsədəuyğun deyil. Mən öz evimdə, öz həyətimdə idman geyimində gəzirəm. İlk dəfədir ki, belə bir münasibətlə qarşılaşıram. Nə etməliydim? Həyətimdə də pencək və qalstukla gəzməliydim? Bu, sadə idman geyimidir. Burada nə ədəbsizlik var? İdman geyimi nə vaxtdan ədəbsiz geyim hesab olunur? Şortikdə deyildim, baldırım da açıq deyildi".
Qeyd edək ki, Tacir Şahmalıoğlu çəkilişlərin birində geyiminə görə sosial şəbəkələrdə tənqid olunub. Müğənninin "Bu maşını mənə dostum hədiyyə edib" sözlərinə münasibət bildirən bəzi izləyicilər "Gərək dostların sənə şalvar hədiyyə edəydi" kimi istehzalı rəylər yazıblar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar