Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
BÜTÜN XƏBƏRLƏR

"Avroviziya-2026"nın qalibi haqqında BİLMƏDİKLƏRİNİZ

Tarix: 18-05-2026 13:30     Baxış: 3152 A- / A+
"Avroviziya-2026"nın qalibi haqqında BİLMƏDİKLƏRİNİZ
Mayın 16-da Avstriyanın Vyana şəhərində beynəlxalq "Avroviziya-2026" mahnı müsabiqəsi başa çatıb. Yubiley müsabiqəsi gözlənilməz nəticələrlə həqiqətən təəccübləndirib.
Manevr.az xarici mediaya istinadla xəbər verir ki, bukmekerlər uzun müddət inamla Finlandiyanın qələbəsini proqnozlaşdırsalar da, büllur kuboku başqa ölkə qazanıb. "Avroviziya-2026"nın qalibi Bolqarıstan olub. Müğənni Dara, ölkəsinə beynəlxalq mahnı müsabiqəsi tarixində ilk qələbəni gətirib. 
Dara 1998-ci il sentyabrın 9-da Bolqarıstanın Varna şəhərində anadan olub. Musiqi karyerasına 2015-ci ildə başlayıb. Əsl adı Darya Yotova olan gənc Dara, Bolqarıstanın "X Factor" layihəsində debüt edərək bürünc medal qazanıb.
Müğənni 2016-cı ilin yayında buraxdığı "K'vo ne chu" adlı debüt sinqlı ilə Bolqarıstan hit-paradlarında sürətlə populyarlıq qazanıb. Onun ilk tammetrajlı albomu isə 2022-ci ilin baharında işıq üzü görüb. Maraqlıdır ki, ifaçı 2021-ci ildən bəri "Bolqarıstanın Səsi" layihəsində məşqçilik edir və bu müddət ərzində onun artıq iki yetirməsi layihənin qalibi olub.
2026-cı ildə Dara Bolqarıstanın milli seçim turunda qalib gələrək ölkəni "Avroviziya-2026"da təmsil etmək hüququ qazanıb. Nəhayət, ifaçı Bolqarıstan üçün ilk qələbəni əldə edib.
"Avroviziya-2026"nın finalında müğənni tamaşaçılardan və münsiflərdən toplam 516 xal toplayıb. 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar