Tolik ötən gün 19 yaşlı oğlan və 14 yaşlı qızın hamamda dəm qazından zəhərlənməsi hadisəsinə münasibət bildirib:
"O qızın valideynləri çıxıb deyəcəklər ki, nişanlamışdıq, 18 yaşı tamam olsun, ərə verəcəkdik. Deyəcəklər oğlan hamamda çimirdi, qız da dəsmal verirdi. Bəs necə oldu ki, ikisi də eyni anda zəhərləndi? Bu gün məhz bununla mübarizə aparmalıyıq. Bəzi platformalarda din altında gənclərin beyninə yeridirlər ki, 14-15 yaşında qız ərə getməlidir. Bunun nəyinə “Allah rəhmət eləsin” deyirlər? Belə halların qarşısı alınmalıdır.
Valideynlər insan içinə necə çıxacaq? Bu necə uşaq böyütməkdir? Teleqramdakı ifşa səhifələri, TikTok-da müxtəlif görüntülərlə gündəmə gələn şəxslər uşaqların beyninə mənasız fikirlər yeridir. Bəzi sosial şəbəkə istifadəçiləri yazır ki, bu oğlanla qız eyni evdə yaşayırmış. Bəs onlara evi kirayə verən şəxs baxmırdı ki, bu oğlan kiminlə qalır? 14 yaşlı qızın azyaşlı olduğunu necə görməmək olar? Hansı ana buna icazə verib? Yoxsa qız rayondan gəlib və ailəsinin bundan xəbəri olmayıb?.
Hətta oğlan barədə də yazırlar ki, guya əvvəllər onunla bağlı başqa video da yayılıbmış. Bu nə deməkdir?".

















“Sosial şəbəkədə xəbər yayılıb ki, 19 yaşlı gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərlənib. Oğlan ölüb, qız isə xəstəxanadadır. Yazırlar ki, Allah rəhmət eləsin. Nəyinə rəhmət eləsin? Bu oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”.


















