Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

"6 yaşlı uşağa Aygün Kazımovanın mahnısını qulaq asdırmaq OLMAZ"

Tarix: 16-03-2026 10:48     Baxış: 4114 A- / A+

Məşhur prodüser Asif Kərimov açıqlaması ilə diqqət çəkib.
Manevr.az xəbər verir ki, prodüser azyaşlıların dinlədiyi mahnılarla bağlı maraqlı məqamlara toxunub.
O, bildirib ki, bəzi mahnılar uşaqlar üçün uyğun deyil:
"Uşaq bağçasında gördüm ki, Aygün Kazımovanın mahnısını səsləndiriblər. Həmin musiqi 6 yaşlı uşaq üçün uyğun deyil. Aygün Kazımova çox gözəl müğənnidir, bunu başa düşürəm, amma hər mahnının da öz yaş həddi olmalıdır".
Prodüser əlavə edib ki, əvvəllər uşaqlar üçün xüsusi mahnılar daha çox yazılırdı:
"Oqtay Rəcəbovun, Oqtay Zülfüqarovun uşaqlar üçün gözəl mahnıları var idi. Son zamanlar bəstəkarlar ümumiyyətlə uşaqlar üçün mahnı yazmırlar. Hər yaşa uyğun mahnılar olmalıdır ki, uşaqlar da onları dinləyərək böyüsünlər".
Asif Kərimovun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər prodüserin fikirlərini dəstəkləsə də, digərləri bu yanaşmanı mübahisəli hesab edib.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar