Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanı "Eurovision 2026"da bu müğənni təmsil edəcək

Tarix: 06-03-2026 19:08     Baxış: 374 A- / A+

Azərbaycanı "Eurovision 2026” müsabiqəsində JIVA təmsil edəcək.
Manevr.az xəbər verir ki, bu barədə yarışmanın ölkəmizdəki rəsmi yayımçısı İTV məlumat yayıb.

JIVA (Cəmilə Həşimova) — güclü vokalı və səmimi ifaları ilə tanınan azərbaycanlı müğənnidir.

Müğənni 2003-cü ildə keçirilən "Bakı Payızı” müsabiqəsində ikinci yer qazanıb.

O, 2007-ci ildə "Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə "Eurovision” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və "Montreux Jazz Festivalı”nda səhnəyə çıxıb. Daha sonra "Hazz Band” qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

2018-ci ildə müğənni "Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib. 2025-ci ildə isə Röya Ayxanın komandasında "Səs Azərbaycan” ("The Voice of Azerbaijan”) layihəsinin qalibi olub.

JIVA həmçinin EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə "Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində iştirak edib.

Qeyd edək ki, "Eurovision 2026” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar