Sizin Reklam Burada
Xəbər lenti
21-04-2026
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Həbsdən çıxan Dəniz Əsədova 4 dəfə ad-soyadını dəyişib

Tarix: 02-03-2026 16:19     Baxış: 459 A- / A+
Həbsdən çıxan müğənni 4 dəfə ad-soyadını DƏYİŞİBMİŞ
Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub.
Manevr.az xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrində qeyd olunub.
Belə ki, ictimaiyyətin Dəniz Əsədova kimi tanıdığı şəxsin əvvəlki adı Aygün olub. O, müxtəlif vaxtlarda Aygün Dostəliyeva, daha sonra Aygün Miriyeva soyadlarını daşıyıb. Dəniz adını götürməzdən əvvəl isə Aygün Əsədova kimi tanınıb.
Cinayət işi materiallarında qeyd olunub ki, Aygün Əsədova pul müqabilində saxta əlillik sənədi düzəltmək məqsədilə müxtəlif şəxslərlə danışıqlar aparıb. İttihama görə, o, son olaraq adını yenidən dəyişərək Dəniz Əsədova olub və bundan sonra müğənnilik fəaliyyətinə başlayıb.
Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü (təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3-cü (rüşvət verməyə təhrik etmə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, o, vətəndaşlardan pul alaraq saxta əlillik sənədləri düzəltməkdə təqsirləndirilir. Bildirilir ki, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi, hazırda barəsində məhkəmə araşdırması aparılan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1.6 milyon manat məbləğində ziyan vurulduğu iddia edilir.
Xatırladaq ki, Dəniz Əsədova bundan əvvəl dələduzluq, eləcə də bir neçə şəxsə qarşı təhqir və böhtan ittihamları üzrə xüsusi ittiham qaydasında məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir etdiyinə və ona böhtan atdığına görə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra başqa bir şəxslə bağlı analoji əmələ görə cəzası artırılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktı əsasında çəkilməmiş cəzasından azad edilib.oxu.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar