Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Toya 50 minə gedirəm, Alim Qasımov da daxil... - Natiq

Tarix: 15-02-2026 14:33     Baxış: 360 A- / A+
natiq-sirinov-55-minlik-mehkemeni-uduzdu
Bu sənətə illərimi qoymuşam. Bu işin zəhmətini çəkmişəm. Ağlaya-ağlaya, əllərimi dağıda-dağıda, zülm çəkə-çəkə çalışmışam. Birinci, sevgi olub. Sonra bu sevgidən məşhurluq yaranıb. Bu, məsuliyyətə səbəb olub. Bu da qazancımın yaranmasına gətirib çıxarıb.
Manevr.az xəbər verir ki, bu sözləri xalq artisti Natiq Şirinov "Həftənin qonağı" verilişində deyib.
O, hazırda komandası ilə birgə toy məclislərinə 50 min manat qarşılığında getdiyini açıqlayıb:
"Əvvəl demişəm ki, imkan olsaydı, 5 nəfərlə gedib çörək qazanardım. İlk dəfə toya gedəndə ev yiyəsi nağaralarımızı təpikləmişdi. Demişdi ki, 5 ədəd nağara nədir, bir dənə olar. Bəy də qayıtdı ki, ata, bu, başqa şeydir. Çıxdım oradan, kövrəldim. Bəy dedi ki, sizi görmüşəm, xoşum gəlib, qayıdıb çalın. Biz başlayanda atası dedi ki, əgər burada mənə xoş gəlməyən nəsə olsa, bunları buradan başqa vəziyyətdə çıxaracağam. Biz çıxış edəndən sonra ev yiyəsi gəlib dedi ki, ikinci dəfə də çalın. O, mənə çıxanda 50 manat yox, 50 dollar verdi. Bu gün həmin 50 dollar 50 min manat olub. Mən 100-200 minlik müqavilələrə qol çəkmişəm".
N.Şirinov bildirib ki, bu məbləğə məclisdə xalq artisti Alim Qasımovun çıxışı da daxildir:
"Mən 50 minə toya gedirəm. Qiymət 10 minlə 50 min arasında dəyişir. Bunu rahat və açıq şəkildə deyirəm. Toya tək getmirəm. 50 minə bilirsiniz neçə nəfərlə gedirəm? Orada kimlər olur? Üstəlik, Alim Qasımov da o 50 minin içində iştirak edir.
Nağaranı böyük biznesə gətirdim. Bu gün bütün toyların açılışında, istər oxuyan olsun, istər nağara, zurna çalan, ilk Natiqin qoyduğu ideyanın sayəsindədir. Təbii ki, hər kəsin öz zəhməti də var. Bunun dərininə getsək, mən Avropa və ya Amerikada yaşasaydım, hamı mənə patent verməli idi. Toyların açılışı, aş mərasimi, yallı, tortun gəlməsi, gəlinin götürülmə mərasimi... Əvvəllər bu, qara zurna, ya da klarnet-nağara ilə olardı. Bu gün isə 10-15 nağara olur. Görün nə qədər insan çörək qazanır".axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar