Xəbər lenti
3-cü dəfə "Eurovision"a qatılır
Məşhur norveçli skripkaçı və müğənni Aleksandr Rıbak ölkəsini yenidən “Eurovision” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşır. Manevr.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, o, Norveçin milli seçim yarışı olan “Melodi Grand Prix 2026”da iştirak edəcək. Belarus əsilli ifaçı fevralın 28-də baş tutacaq milli seçimlərə “Rise” adlı yeni mahnı ilə qatılacaq. “Melodi Grand Prix 2026”nın qalibi Norveçi “Eurovision 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ əldə edəcək.
Xatırladaq ki, Aleksandr Rıbak iki dəfə Norveçi bu beynəlxalq mahnı müsabiqəsində təmsil edib. “Eurovision 2009”da “Fairytale” mahnısını ifa edən müğənni 387 xalla yarışın qalibi olub. O, ikinci dəfə 2018-ci ildə “That's How You Write a Song” treki ilə müsabiqəyə qatılsa da, bu dəfə əvvəlki uğurunu təkrarlaya bilməyib və finalda 15-ci yeri tutub./qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































