Sizin Reklam Burada
Xəbər lenti
09-08-2026
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Bir kəlmə də danışmır" - Xanımı Aşıq Əhliman haqda

Tarix: 12-01-2026 17:19     Baxış: 3130 A- / A+
"Bir kəlmə də danışmır" - Xanımı Aşıq Əhliman haqda
"Əhliman müəllim demək olar ki, danışmır, bir kəlmə də kəsmir. Bəzən ola bilər ki, bizimlə bir neçə söz danışsın. Amma çox qısa. Nitqində problemlər var. Yaddaşındakı problemlər də özünü büruzə verir. Bəzən insanları tanıyır, bəzən də yox. Gərək bir neçə dəfə deyəsən ki, filankəsdir, yadına düşsün, tanısın. Müalicəsi yoxdur, Allah özü qorusun. Bütün günü yanında oluruq. Onu bir saniyə belə olsun tək buraxmırıq".
Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.
"Bir neçə televiziyadan gəlib çəkmək istədilər. Çəksələr belə, danışmayacaq. Ona görə də razılıq vermədik. O hər zaman efirlərdə olub, bayramlarda çıxışlar edib. Mahnıları dillər əzbəridir. İstəməzdik ki, onu tamaşaçılar da bu vəziyyətdə görsün. Ona görə də çəkilişlərə icazə vermirik. Qoy elə tamaşaçıların yaddaşında əvvəlki aşıq Əhliman kimi qalsın. Onun bu vəziyyəti ailəsini də, dostlarını da çox üzür. Bizim əlimizdən duadan başqa heç nə gəlmir. Kaş yenə də sazı əlinə götürüb, ifa edə biləydi.. Kaş..." deyə, sənətkarın xanımı bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar