Xəbər lenti
Dövlət bu tələbələrin təhsil haqqını ödəyəcək
Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərara dəyişiklik edib.
Manevr.az xəbər verir ki, Nazirlər Kabinetindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərara verilən izahda qeyd edilib ki, koronavirus (COVID-19)” pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı qəbul edilib. Qərara əsasən təhsil müəssisələrində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımilləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
“Koronavirus (COVID-19)” pandemiyasının 2021-ci ilin birinci yarımilliyində davam etməsi və bu dövrdə xüsusi karantin rejimi qaydalarının bu və ya digər formada tətbiq olunması sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsini zəruri edir.
Qeyd olunanları nəzərə alaraq 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar