Xəbər lenti
"Müəllimlərin cərimələnməsi yanlış məlumatdır" - DİN-dən “WhatsApp”da yayılan səs yazısı ilə bağlı AÇIQLAMA
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra “WhatsApp” ani mesajlaşma şəbəkəsində naməlum şəxs səs yazısı yayaraq repititor müəllimləri ehtiyatlı olmağa çağırıb.
Manevr.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovun verdiyi məlumata görə, səs yazısında iddia olunur ki, guya polis əməkdaşları repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2800 manat məbləğində cərimələyirlər.
“Bununla əlaqədar bildiririəm ki, tamamilə əsassız və uydurma bir iddiadır. Bildiyiniz kimi Nazirlər Kabinetinin Sərəncamına əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Bunun müəllimlərin repititorluq fəaliyyətinin məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Odur ki, polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil.
Həmin səs yazısını yayan şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar