Xəbər lenti
Alimlər 19-cu əsrdən qalan VAMPİR CƏSƏDİ tapdılar
Vampirlərin yaşayıb-yaşamadıqlarıyla bağlı aparılan son araşdırma yeni bir iddia formalaşdırıb.
Manevr.az bildirir ki, ABŞ-da 1990-cı ildə tapılan insan cəsədi qalıqlarını yenidən araşdıran alimlər onun vampir olduğu qənaətinə gəliblər.
Con Barber adlı əkinçiyə məxsus cəsəd qalıqları 1990-cı ildə tapılsa da, texnikanın geriliyi səbəbiylə həmin illərdə tam araşdırılmamışdı. Lakin ABŞ Silahlı Qüvvələrinin tərkibində çalışan Cennifer Higginbotham adlı alim həmin qalıqları yenidən araşdırmağa başlayıb. Nəticədə Con Barberin yaşadığı illərdə insanlar tərəfindən vampir adlandırıldığı məlum olub.
Onun cəsədinin araşdırılmasının əsas səbəbi məzarının qəribə quruluşa sahib olması olub. Alimlər məzarı açan zaman cəsədin möhkəm bağlanmış bir tabutun içərisində olduğunu görüblər. Tabutu açan zaman isə cəsədin gövdədən ayrıldığını, qolların sinənin üzərində kəsişmiş şəkildə yerləşdirildiyini görüblər.
Əslində XVIII-XIX əsrlərdə bölgə xalqları vampir olduğuna inandıqları şəxsləri bu cür dəfn edirdilər. Çünki həmin illərdə onlar vampirlərin yaşadıqlarına inanırdılar. Hazırda sözügedən cəsəd üzərində araşdırmalar davam etdirilir\redaktor.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar