Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edildi

Tarix: 27-05-2019 11:54     Baxış: 3496 A- / A+
İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edildi


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına psixoloji-hüquqi yardımın göstərilməsi və insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Neftçala şəhər M. Səfərov adına inteqrasiya təlimliinternat tipli gimnaziyada təbir keçirib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları”İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək, insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. QHT rəhbəri həyata keçirilən layihənin əsas məqsədi, insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib.

M. Əmirhüseynova cinayətkarlar tərəfindən vətəndaşların insan alverinə necə cəlb edilmələri, bu bəladan qorunma yollarından danışıb, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. O,tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.
O qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım göstəriləcək, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquqi yardım ediləcək.

Şirvan Regional QHT-lərin Resurs və Təlim mərkəzinin direktoru Əli Mirzəyəv mövzu ilə baglı ətraflı məlumat verərək, tədbiriştirakçılarına regionda bu istiqamətdə aparılan maarifləndirici tədbirlər, onların səmərəli nəticələrindən danışaraq, gəncləri diqqətli olmağa, ətraflarında insan alveri qurbanlarına dəstək olmağa, bu barədə mərkəzə məlumat verməyə çağırıb.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü Sevda Məmmədova yeniyetmələrə erkən nikahların fəsadlarından danışıb və insan alveri qurbanına çevrilməmələri üçün ayıq-sayıq olmaga çagırıb.

Neftçala şəhər M. Səfərov aına inteqrasiya təlimli internat tipli gimnaziyanın drektoru Aytəkin Mahmudova belə bir layihəyə dəstək verildiyi üçün Şura rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar