Sizin Reklam Burada
Xəbər lenti
27-11-2026
26-11-2026
BÜTÜN XƏBƏRLƏR

Yusif Xəlilovun daha 20 obyekti dövlətə qaytarıla bilər

Tarix: 27-11-2026 18:25     Baxış: 316 A- / A+



Rusiyanın Voronej vilayətinin prokurorluğu şəhərdəki "Alekseyevski" bazarının yerləşdiyi torpaq sahələrinin və ərazidəki 20 obyektin dövlət mülkiyyətinə qaytarılması üçün məhkəməyə müraciət edib.
Manevr.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Prokurorluq iddia edir ki, bazarın yerləşdiyi ərazidə sonradan formalaşdırılmış torpaq sahəsi 2007-ci ildə saxta sənədlər əsasında dövlət qeydiyyatına alınıb.
Hazırda həmin ərazinin bir hissəsi Voronejdə tanınmış azərbaycanlı iş adamı, Azərbaycan diasporunun nümayəndəsi Yusif Xəlilovun və bazarın operatoru olan "Alef" MMC-nin mülkiyyətindədir.
Voronej vilayət məhkəməsinin məlumat bazasında iş üzrə tərəflərin adları açıqlanmayıb. Buna səbəb məhkəmə prosesində məxfi qrifi olan materiallardan istifadə edilməsidir.
Nəşrin məlumatına görə, iddia hələ 2026-cı ilin sentyabrında təqdim olunub. İş üzrə növbəti məhkəmə iclası dekabrın 9-na təyin edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələr prosesin uzun çəkə biləcəyini və qərarın bu il qəbul olunmasının az ehtimal edildiyini bildiriblər.
"Kommersant" Yusif Xəlilovla əlaqəli digər məhkəmə çəkişmələrinə də diqqət çəkib.
Belə ki, iyul ayında Voronej vilayət məhkəməsi prokurorluğun "Fort" restoranının binasına dair 2007-ci ildə qəbul edilmiş qərara yenidən baxılması ilə bağlı müraciətini təmin edib. Həmin qərarla obyekt üzərində mülkiyyət hüququ tanınmışdı. Lakin sonradan binanın özbaşına tikili olduğu və ticarət pavilyonu üçün ayrılmış torpaq sahəsində yerləşdiyi müəyyən edilib.
Bundan başqa, iyun ayında Mərkəzi Dairə Arbitraj Məhkəməsi Yusif Xəlilovun bir neçə tikilinin sökülməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin qərarlarından verdiyi kassasiya şikayətini təmin etməyib.
Sökülməsi nəzərdə tutulan obyektlər arasında Petrovski sahili yaxınlığında yerləşən "Yardy Superbar" restoranı da var. Nəşrin yazdığına görə, restoranın binası hələ də sökülməyib və hazırda istifadəsiz vəziyyətdədir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar