Sizin Reklam Burada
Xəbər lenti
25-11-2026
24-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - Video

Tarix: 26-11-2026 09:43     Baxış: 331 A- / A+
Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - Video
Bakının Nərimanov rayonunda yeni yolun tikintisi ilə əlaqədar bir sıra fərdi evlərin sökülməsi planlaşdırılır.
Manevr.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, sökülməsi nəzərdə tutulan evlər Şahin Mustafayev və İsmayıl Hidayətzadə küçələrinin kəsişməsində yerləşir. Həmin evlərin üzərinə nömrələr vurulub.
Sakinlərdən biri evlərin çıxarışının olduğunu bildirib. Onun sözlərinə görə, ərazidə evlərin hər kvadratmetrinə görə 2500–3000 manat kompensasiya veriləcəyi deyilir. Kompensasiyanın məbləği hələ rəsmən açıqlanmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək yol üzrə işlərə Ağ Şəhər tərəfdən başlanılıb. İlkin mərhələdə kommunikasiya xətləri köçürülür. Bu işlər başa çatdıqdan sonra yolun tikintisinə keçiləcək.
Agentliyin məlumatına görə, söküntü və kompensasiya ilə bağlı detallar layihənin növbəti mərhələsində dəqiqləşəcək.
Layihə Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar