Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Tarix: 05-11-2026 22:36     Baxış: 358 A- / A+
Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMAAzərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq.

"Uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin artırılması mühüm sosial yenilikdir. Bu, 2,5 dəfə artım deməkdir. Yeni doğulmuş uşağın ilkin ehtiyaclarının qarşılanması, ailənin doğuşla əlaqədar yaranan xərclərinin bir hissəsinin kompensasiya edilməsi baxımından bu qərarın xüsusi əhəmiyyəti var".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib.
Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMAAzər Badamovun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində xərclərin 44,25 faizinin sosial yönümlü olması ölkəmizdə sosial siyasətin prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir: "Bu baxımdan, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin də 9,35 faiz artırılmasının nəzərdə tutulması əhalinin sosial müdafiəsinin gücləndirilməsi, müxtəlif müavinət və sosial dəstək tədbirlərinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır".

A.Badamov bildirib ki, gələn ildən 3 yaşınadək uşağa qulluq edən analara verilən aylıq müavinətin 37,58 manatdan 100 manata çatdırılması bu istiqamətdə atılan mühüm addımlardan biridir: "Bu artım təxminən 2,7 dəfə deməkdir və xüsusilə azyaşlı uşağı olan ailələrin maddi yükünün müəyyən qədər azaldılmasına xidmət edəcək. Çünki uşağın həyatının ilk illəri ailələr üçün həm qayğı, həm də əlavə maliyyə xərclərinin yarandığı dövrdür. Belə bir şəraitdə dövlət dəstəyinin artırılması anaların sosial müdafiəsinin gücləndirilməsi və uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsinə töhfə verilməsi baxımından əhəmiyyətlidir".

Ümumilikdə, sosial müavinətlərin artırılması dövlətin sosial siyasətinin ailə və uşaq rifahına yönəlmiş istiqamətini nümayiş etdirir. Əsas məsələ yalnız müavinətlərin məbləğinin artırılması deyil, eyni zamanda əhalinin həssas qruplarının sosial təminatının davamlı şəkildə gücləndirilməsidir. Bu addımlar ailələrin sosial rifahının yaxşılaşdırılmasına, uşaqların müdafiəsinin gücləndirilməsinə və demoqrafik inkişafın dəstəklənməsinə xidmət edir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar