Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, rayonun işğalından sonra doğulmuş uşaqlara (xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlara daimi qeydiyyata düşmüş valideynlər istisna olmaqla) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.
Manevr.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da edilən dəyişiklikdə əksini tapıb.
Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarına əsasən, həmin şəxslər üçün aşağıdakı sənədlər tələb ediləcək.
– Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
– Anasının şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
– Nikahı pozulmuş şəxslərə münasibətdə nikahın pozulması haqqında şəhadətnamə, nikah olmadığı halda atalığın müəyyən edilməsi haqqında şəhadətnamə;
– Atasının şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
– Atasının “məcburi köçkün” vəsiqəsi və ya məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
– 2 ədəd 3×4 ölçüdə rəngli (ağ fonda) fotoşəkil.
Xəbər lenti
Bu uşaqlara “məcburi köçkün” statusu veriləcək

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































