Xəbər lenti
Rüşvətə görə Dövlət Vergi Xidmətinin əməkdaşları məhkəməyə verildi

Sahibkarlardan vergi yoxlaması aparılmaması və cərimə tətbiq edilməməsi müqabilində ümumilikdə 200 min manat rüşvət almaqda ittiham olunan üç vergi vəzifəlisinin cinayət işi məhkəməyə göndərilib.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Vergi Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və cinayət işi başlanıb.
İstintaq zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, həmin baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməllərinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, onlar 2026-cı ilin mayında Bakıda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlaması keçirilməməsi, cərimə tətbiq olunmaması və digər məqsədlərlə ümumilikdə 200 min manat rüşvət almaqda ittiham olunurlar.
Hər üç şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma maddələri ilə ittiham elan edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































