Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Tarix: 31-10-2026 20:51     Baxış: 336 A- / A+


Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündən çıxarılması ilə bağlı qərarlardan sonra onun adına nəşr edilmiş əsərlərin elmi məzmunu, müəllifliyi və tədrisdə istifadəsi də araşdırma mövzusuna çevriləcək.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədris materialı kimi istifadəsinə yenidən baxılması nəzərdə tutulur.
Araşdırmada onun adına çap olunan elmi işlərin başqa şəxslər tərəfindən hazırlanması barədə iddiaların, əsərlərin yazılma prosesinin və həmin nəşrlərə edilmiş elmi istinadların da yoxlanılması gözlənilir.
Araşdırmanın mühüm istiqamətlərindən biri Mehdiyevin adına nəşr edilmiş kitab və məqalələrin hazırlanmasında digər şəxslərin mümkün iştirakının müəyyənləşdirilməsidir.
Burada müəllifliklə elmi redaktorluq, tərcüməçilik, məsləhətçilik və texniki hazırlıq arasındakı fərqlər aydınlaşdırılacaq.
Bu baxımdan ilkin əlyazmaların, mətnlərin müxtəlif variantlarının, nəşriyyat sənədlərinin və redaktə materiallarının mövcudluğu əhəmiyyət daşıya bilər. Əsərlərin hazırlanmasında iştirak etmiş şəxslərin izahatları da müəlliflik məsələsini aydınlaşdıracaq.
Məlumata görə, Mehdiyevin əsərlərinə edilmiş istinadların araşdırılması da nəzərdə tutulur. Bu istiqamətdə əsas məsələ istinadların sayını müəyyənləşdirmək deyil, onların elmi mətnlərdə hansı məqsədlə və nə dərəcədə əsaslı istifadə olunduğunu qiymətləndirməkdir.
Araşdırma zamanı dissertasiyalarda, monoqrafiyalarda, dərsliklərdə və elmi məqalələrdə Mehdiyevin əsərlərinə müraciətlərin məzmunu nəzərdən keçiriləcək. Həmin istinadların tədqiqatın arqumentlərinə töhfə verib-vermədiyi, yoxsa yalnız formal xarakter daşıdığı ayrıca qiymətləndiriləcək.
Mehdiyevin adına nəşr edilmiş əsərlərin tədris materialı kimi istifadəsinə yenidən baxılması və tələbələrə təqdim olunan ədəbiyyatın keyfiyyəti bu istiqamətdə yoxlanılacaq.
Bu mərhələdə hansı kitabların universitetlərin fənn proqramlarında, sillabuslarında və tövsiyə olunan ədəbiyyat siyahılarında yer aldığı müəyyənləşdiriləcək.
Ramiz Mehdiyevin kitablarının bütün kitabxanaların fondlarından çıxarılması da atılacaq addımlardandır. Bu addım onun əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədrisdə istifadəsinə yenidən baxılması ilə yanaşı gözlənilir.
Araşdırmanın əhatə dairəsi və nəzərdə tutulan tədbirlərlə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.
Xatırladaq ki, Ramiz Mehdiyevə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddələri ilə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2026-cı il tarixli hökmü ilə ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq cəzanın şərti tətbiqinə qərar verilib. Hökmdə əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi, həmçinin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi də nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar