Sizin Reklam Burada
Xəbər lenti
27-10-2026
26-10-2026
BÜTÜN XƏBƏRLƏR

TƏBİB-in yeni rəhbəri məlum oldu

Tarix: 27-10-2026 19:15     Baxış: 347 A- / A+


TƏBİB-in İcraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.
Manevr.az-ın oxu.az-a istinadən məlumatına görə, Bahadur Rzayev bu gündən TƏBİB-in İcraçı direktorunun səlahiyyətlərini icra etməyə başlayıb.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin finalçısı olan Bahadur Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsil alıb və proqram birincisi olub.
B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.
Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb. Bu müddətdə reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib.
Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Son təyinatından əvvəl TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar