Sizin Reklam Burada
Xəbər lenti
27-10-2026
26-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni Komissiya yaradılır

Tarix: 27-10-2026 18:41     Baxış: 454 A- / A+


Azərbaycanda hakimlərin etik davranış qaydalarına əməl etməsi vəziyyətini öyrənəcək, pozuntuların səbəblərini təhlil edəcək və Kodeksin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq Etika Komissiyası təşkil olunacaq.
Manevr.az-ın məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında Etika Komissiyasının yaradılması, tərkibi və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Komissiya Məhkəmə-Hüquq Şurasının qərarı ilə yaradılacaq. Onun tərkibinə Şuranın hakim üzvlərindən hər instansiya məhkəməsi üzrə bir nəfər olmaqla, ümumilikdə üç nəfər daxil ediləcək.
Etika Komissiyası Kodeksdə müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənəcək, həmin qaydaların pozulmasına şərait yaradan halları təhlil edəcək və bu halların aradan qaldırılması üçün Məhkəmə-Hüquq Şurasına təkliflər verəcək.
Komissiya, həmçinin hakimlərin Kodeksin tətbiqi ilə bağlı müraciətlərinə dair rəy hazırlayacaq. Daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə Şuraya təkliflər, tövsiyələr və təqdimatlar verəcək.
Bundan başqa, Etika Komissiyası Hakimlərin Etik Davranış Kodeksinin təkmilləşdirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasına təkliflər təqdim edəcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar