Xəbər lenti
Sabiq deputatın şirkətinə cinayət işi açıldı
Sabiq deputat Əsabil Qasımova məxsus olan “Azər-Tikinti” MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb.Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin Bakı şəhər Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manata yaxın qiymətləndirilən özəl mülkiyyəti özbaşına sökdüyü bildirilib. Bu səbəbdən Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanılmış işin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.
İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb.
Bildirilib ki, sökülən binanın zirzəmisində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində Bakıdakı səfirliklərin tədbirlər təşkil etdiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” yerləşib.
Əmlakın qiyməti 4 milyon 810 min manat dəyərləndirilib.
Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























