Sizin Reklam Burada
Xəbər lenti
26-10-2026
25-10-2026
BÜTÜN XƏBƏRLƏR

Aztelekomun internet xidmətləri ilə bağlı mühüm qərar

Tarix: 26-10-2026 21:00     Baxış: 360 A- / A+
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "Aztelekom" MMC-nin xidmət tarifləri və təklif etdiyi internetin sürəti ilə bağlı apardığı araşdırma və təhlillər yekunlaşıb.

Bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsinin tələbinə əsasən edilən müraciətlər çərçivəsində təbii inhisar subyektlərinin razılıq alınması tələb olunan hərəkətlərinə nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərin tətbiq edilməsi və genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı məsələləri əhatə edib.

Trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərin tətbiqi üzrə razılıq xidmətin rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq eyni vəziyyətdə olan operator və provayderlərə bərabər və ayrı-seçkiliyə yol verilmədən təqdim edilməsi, xidmətin təqdim edilməsi zamanı təbii inhisar subyektinin hərəkətləri (hərəkətsizliyi) səbəbindən rəqib operator və provayderlərin alternativ internet ara bağlantı nöqtələrindən, ara bağlantı xidmətlərindən, CDN operatorları və üçüncü tərəf xidmətlərindən istifadəsinin məhdudlaşdırılmaması, xidmət üzrə tariflərin, qoşulma və müraciətin rədd edilməsi meyarlarının, standart müqavilənin və şikayət prosedurunun təbii inhisar subyektinin rəsmi internet saytında əlçatan formada dərc edilməsi şərtləri ilə verilib.

Genişzolaqlı internet xidmətləri bazarında minimum internet sürəti ilə bağlı əhali və qeyri-əhali kateqoriyası üzrə giriş səviyyəsində tariflər dəyişdirilmədən saxlanılmaqla Əmr layihəsinin tətbiqinə dair razılıq verilib. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar