Xəbər lenti
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı

Manevr.az xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir:
"Günay Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib".
İdarədən bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirilib.
Qeyd edək ki, G.Məmmədova məktəb direktorunun otağına daxil olaraq, Tiktokda canlı yayım açmış və müxtəlif iddialar səsləndirmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































