Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Pensiyalarla bağlı mühüm məsələ: Yaş və ödənişlər dəyişir?

Tarix: 24-10-2026 11:43     Baxış: 357 A- / A+


Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan vəsait 100 milyon manat azalacaq. Qanun layihəsinə əsasən, gələn il Fondun büdcəsinin balanslaşdırılması üçün 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Bu məbləğ 2026-cı il üçün təsdiqlənən 1,7 milyard manatla müqayisədə 5,9 faiz azdır.
Bu azalma pensiyaların və sosial müavinətlərin ödənilməsinə necə təsir göstərəcək? Gələcəkdə sosial ödənişlərin maliyyələşdirilməsində çətinlik yarana bilərmi?
Manevr.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov büdcədən DSMF-yə ayrılan vəsaitin azaldılmasının fondun vəziyyətini çətinləşdirəcəyini deyib.
“Buna görə də DSMF pensiyaların hesablanması və digər məsələlərdə daha qənaətcil modelə keçməyə məcbur qalır. Hazırda fond dövlət büdcəsindən subsidiyalaşdırılır, sadəcə, subsidiyanın həcmi azaldılır. Yəni DSMF hələ də maliyyə baxımından dayanıqlı modelə keçməyib. Fondun maliyyə dayanıqlığını təmin etmək üçün Azərbaycanda işsizlik azalmalı, gəlirlər və əmək haqları artmalı, yaxud əmək haqlarından DSMF-yə ödənilən ayırmaların faizi yüksəlməlidir. Digər variant isə insanların hazırkı dövrlə müqayisədə daha gec pensiyaya çıxmasıdır. Bu amillər fondun maliyyə dayanıqlığını təmin edə bilər. Təbii ki, gəlirlərin artması üçün də müvafiq şərait yaradılmalıdır”, - o əlavə edib.
İqtisadçı bildirib ki, hazırda ölkədə bəzi iqtisadi siyasətlərin yanlış aparılması xüsusilə də qeyri-neft sektorunda əmək haqlarının artmasına mane olur:
“Sadalanan addımlar isə əhali üçün arzuolunan deyil. Dövlət və hökumət bu istiqamətdə qərarlar qəbul edərsə, həmin addımlar kifayət qədər qeyri-populyar olar və cəmiyyətdə narazılıqla qarşılanar. Bununla belə, DSMF-nin maliyyə dayanıqlığına nail olmaq da vacib şərtdir. Eyni zamanda, fondun idarə edilməsində də səmərəlilik təmin olunmalıdır. Hazırda DSMF-nin səmərəsiz idarə olunduğunu düşünürəm.
Digər məsələ isə bir sıra şəxslərə yüksək məbləğdə pensiyaların təyin edilməsidir. Bu, fondun maliyyə vəziyyətini çətinləşdirməklə yanaşı, digər pensiyaçıların da vəziyyətinə mənfi təsir göstərir. Hesab edirəm ki, həmin pensiyaların təyin olunması prosesində ciddi qeyri-şəffaflıq halları var. Bəzi şəxslər məhkəmələrdə fondu udublar, lakin DSMF həmin proseslərdə kifayət qədər hüquqi addımlar atmayıb. Bunun qəsdən edilməsi ehtimalı varsa, bu, fond daxilindəki qeyri-şəffaflığın göstəricisidir. Bütün bu məsələlər həm DSMF-nin maliyyə vəziyyətinə, həm də pensiyaçıların durumuna əlavə təzyiq yaradır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar