Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı

Tarix: 23-10-2026 22:28     Baxış: 352 A- / A+
Milli Məclisin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihəni parlamentə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Bildirib ki, təklif olunan qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb:

“Layihə ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Həmin müddəalara əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.

Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinin “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir. Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir”.

Komitə sədri əlavə edib ki, layihənin hazırlanmasının məqsədi sözügedən qanunvericilik aktlarına əsasən “leytenant” hərbi rütbəsində olma müddəti təhsil müddəti 4 il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün 3 il, təhsil müddəti 5 il və daha çox olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün 1 il müəyyən edilib:

“Belə olan halda, xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş və təhsil müddəti 4 il və 6 il olan hərbi qulluqçulara növbəti “baş leytenant” hərbi rütbəsi onların həqiqi hərbi xidmətinin yeddinci ili tamam olduqda verildiyi halda, təhsil müddəti 5 il olan hərbi qulluqçulara növbəti rütbə onların həqiqi hərbi xidmətinin 6 ilinin tamamında verilir ki, bu da öz növbəsində eyni kateqoriyalı hərbi qulluqçulara fərqli yanaşmanın tətbiq olunmasına və bərabərlik prinsipinin pozulmasına şərait yaradır. Beləliklə, layihə ilə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyən edilir”.

Arzu Nağıyev onu da bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr ehtiyatının formalaşdırılması, hərbi xidmətin cəlbediciliyinin artırılması, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların həvəsləndirilməsi, o cümlədən də təhsil sahəsində aparılan islahatlar ordu quruculuğunun bariz nümunələrindən biridir:

“Müdafiə Nazirliyinin strulkturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin sayının artırılması, yalnız Silahlı Qüvvələrin kadr ehtiyatının formalaşmasına deyil, həm də peşəkar, savadlı və təhsilli hərbi qulluqçuların formalaşmasına xidmət edir və hazırda ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyələrini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin sayı orduda kifayət qədərdir. Bununla bağlı, bir sıra dövlətlərin qanunvericilik aktları tərəfimizdən öyrənilməklə, onların təcrübəsindən təcrübəsindən istifadə edilərək, müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarına dəyişiklik layihəsində ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyələrini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərə növbəti hərbi rütbədə olma müddətini təhsil pilləsinin hər bir səviyyəsi üzrə bir dəfə olmaqla bir il azaldılmasını nəzərdə tutan yeni məzmunlu maddələr əks olunub.

Sözügedən layihə Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılmaqla müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən vizalanıb. Qanun layihəsi 1 ci oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edildikdən sonra plenar iclasa 1 ci oxunuş üçün tövsiyyə edilib”.
Müzakirələrdən sonra layihə ilk oxunuşda qəbul olunub. oxu24.com 

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar