Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil

Tarix: 23-10-2026 17:01     Baxış: 457 A- / A+
2027-ci ildə uşaqpulunun verilib-verilməyəcəyi dövlət büdcəsinin müzakirəsi zamanı bəlli olacaq. Lakin ilkin büdcə parametrlərində gələn il uşaqpulunun verilməsi məsələsi gündəmdə deyil.
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışarkən deyib.
O, sosial müdafiə ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müəyyən azalmaların nəzərdə tutulduğunu xatırladıb.
"Azalma təxminən 100 milyon manat civarındadır. Müzakirələr zamanı belə bir təklif irəli sürülərsə, parlamentin büdcəyə əlavələr və dəyişikliklər etmək səlahiyyəti var”, deyə iqtisadçı bildirib.
İqtisadçı Əkrəm Həsənov isə gələn il uşaqpulunun verilməsini gözləmədiyini deyib.
“Əgər belə bir plan olsaydı, bu barədə müzakirələr gedərdi. Amma bunu gözləmək də real görünmür. Çünki Azərbaycan iqtisadiyyatı artmır, büdcənin ciddi problemləri var. Uşaqpulu vermək üçün vəsait hansısa mənbədən ayrılmalıdır. Buna görə də böyük ehtimalla uşaqpulu verilməyəcək", deyə Əkrəm Həsənov qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar