Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət vəzifəsindən ayrılsalar da, federasiya prezidenti qaldılar

Tarix: 23-10-2026 09:29     Baxış: 360 A- / A+
Azərbaycanda yüksək vəzifəli şəxslərin müxtəlif idman federasiyalarına rəhbərlik etməsi geniş yayılmış təcrübədir. Nazirlər, Baş nazirin müavinləri və digər dövlət məmurları həm dövlət idarəçiliyində, həm də idman sahəsində rəhbər vəzifələr tuturlar. Bəzi şəxslər vəzifələrini davam etdirərək federasiya prezidenti kimi fəaliyyət göstərir, digərləri isə tutduqları postdan ayrılsalar da, idman təşkilatlarının rəhbərliyində qalırlar.
Manevr.az Bizim.Media-ya istinadən xəbər verir ki, uzun illər avtomobil yollarının tikintisi sahəsində dövlət idarəçiliyində çalışan Saleh Məmmədov vəzifəsindən ayrılsa da hazırda Həndbol Federasiyasının prezidentidir.
Belə ki, o, 2015-ci il dekabrın 28-də “Azəryolservis” ASC-nin sədri təyin edilib, 2017-ci il dekabrın 21-də isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.
Bununla yanaşı, Məmmədov 2016-cı il dekabrın 1-dən Azərbaycan Həndbol Federasiyasının prezidentidir. Bu il fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Həmin gün bu vəzifəyə Vüsal Nəsirli təyin olunub. Lakin Saleh Məmmədovun dövlət vəzifəsindən ayrılması onun federasiya rəhbərliyindən getməsi ilə nəticələnməyib. O, Azərbaycan Həndbol Federasiyasının prezidenti olaraq qalır.
Bundan başqa, 2025-ci ildə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilən Zaur Əliyev uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. O, 2015-ci ildən qurumun rəhbəri olub, sonradan İdarə Heyətinin sədri vəzifəsini tutub. Bu ilin mart ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. 2026-cı il aprelin 7-də isə Prezident İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar