Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT

Tarix: 22-10-2026 21:41     Baxış: 342 A- / A+
toyyy
Çində robot-sevgililər 160 min dollara (272 min manat) satışa çıxarılıb. Məlumata görə, artıq 13 mindən çox sifariş verilib və bu sahəyə böyük maraq var.

Bəs belə robotlara marağın artması gələcəkdə insanların münasibətlərinə, ailə institutuna və sosial həyata necə təsir edəcək? Süni intellekt və robot texnologiyaları insan münasibətlərini əvəz edə bilərmi?

Sosioloq Yusif Nəbiyev deyib ki, robotların artmasının insanların ailə və münasibətlərinə mənfi təsiri olacaq:

“Çünki biz bu effekti təkcə robot texnologiyalarında deyil, Qərb dünyasında baş verən başqa bir transformasiyada da görürük. Belə ki, insanlar ailə qurmaqdan, ailə münasibətlərindən uzaqlaşır, ev heyvanları saxlamağa meyil edirlər. Bir çox insan hətta ən yaxın insani münasibətlərini belə heyvanlarla münasibətlərlə əvəz edir və düşünür ki, bu, onları qane edir. İnsanlar evlənməyə o qədər də meyilli olmur, evlənənlər belə övlad sahibi olmağa həvəs göstərmirlər. Bəzi insanlar düşünə bilər ki, süni intellekt və robot texnologiyaları insan münasibətlərini əvəz edə bilməz. Amma mən bu ssenariyə pessimist yanaşıram”.
Sosioloq qeyd edib ki, insan münasibətlərini əvəz etmək mümkün olacaq:
“Böyük qiymət verdiyimiz insan münasibətləri heç də hamı üçün əvəzolunmaz deyil. Dərin münasibətlər qurmağı bacarmayan, aşağı keyfiyyətli münasibətlər quran insanların əlaqələri də, onsuz da, keyfiyyətsiz olur. Belə münasibətləri isə süni intellekt, çatbot və ya robot rahatlıqla əvəz edə bilir. Dediyim kimi, bunu heyvanlarla münasibətlər nümunəsində də görürük. Heyvanlarla qurulan münasibətlər bir çox insan üçün insanlarla münasibətləri əvəz edə bilir. Çünki bu insanlar qarşılıqlı öhdəliklər götürmək, bərabərhüquqlu münasibətlər qurmaq və onları davam etdirmək istəmirlər, yaxud da bundan zövq ala bilmirlər. Onlar qarşılarında şərtsiz tabe olan, yalnız dəstək verən, amma heç nə tələb etməyən bir tərəfin olmasını istəyirlər. Məsələn, heyvanlar kimi”.
WhatsApp Image 2026 10 22 at 16.04.30Yusif Nəbiyevin fikrincə, bu tip insanların münasibətlərini robotlar da əvəz edə bilər:
“Əsas sual budur ki, belə insanların ailə qurmaması, övlad sahibi olmaması mənfi haldır, yoxsa müsbət? Bu, artıq etik-fəlsəfi məsələdir və müzakirəyə açıqdır. Fikrimcə, dərin insani münasibətlər qura bilməyən, qarşılıqlı öhdəliklərin dəyərini anlamayan insanlar ailə qurmasalar və övlad sahibi olmasalar, daha yaxşıdır”. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar