Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

"Aztelekom"un qiymət artımı müraciəti rədd edildi

Tarix: 22-10-2026 20:28     Baxış: 345 A- / A+


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Aztelekom" MMC-nin internetin minimum sürətinin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətini rədd edib.
Manevr.az xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.
Qeyd olunub ki, hazırda istifadəçilərin 90 faizdən çoxu 100 Mbit/s və daha aşağı sürətli internet paketlərindən yararlanır. Buna görə də minimum sürətin artırılmasının bütün abonentlər üçün zəruri olmadığı və istifadəçilərə seçim imkanının yaradılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, 15 avqust 2024-cü ildə internet tariflərində dəyişiklik edilib. Həmin vaxt minimum paket 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirilib. Nəticədə minimum aylıq ödəniş təxminən 40 faiz artıb.
Ekspert əlavə edib ki, ölkə üzrə keyfiyyətli və yüksəksürətli internetin təmin edilməsi vacib olsa da, bu, minimum tarifin hamı üçün artırılması hesabına həyata keçirilməməlidir. Vətəndaşların xidmətə maddi əlçatanlığının qorunması və fərqli paketlər arasında seçim edə bilməsi əsas şərtlərdən biri kimi göstərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar