Xəbər lenti
Babayev işdən çıxardı, Cabbarov vəzifə verdi - Foto
İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinə yeni müavin təyin edilib.Manevr.az Yurd.Media-ya istinadla xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nazim Qasımzadə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, N.Qasımzadə 2009–2026-cı illər ərzində Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində zəngin fəaliyyət yolu keçib. 2009-cu ilin aprelindən 2022-ci ilin aprelinədək İnformasiya Texnologiyaları (İT) şöbəsinin rəisi, 2022-ci ilin aprel–avqust aylarında Agentliyin direktor əvəzi, 2022-ci ilin avqustundan 2026-cı ilin yanvarınadək isə Dövlət Xəzinədarlığı Agentliyinin direktoru vəzifəsini icra edib. O, cari ilin yanvarında maliyyə naziri Sahil Babayevin müvafiq əmrilə, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsindən azad edilib.
Bundan sonra bir neçə ay işsiz qalan N.Qasımzadə bu ilin aprel–iyul aylarında "B&B Security" şirkətində Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























