Sizin Reklam Burada
Xəbər lenti
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana gələn əcnəbilərin sayı azalıb

Tarix: 22-10-2026 11:28     Baxış: 449 A- / A+
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azdır.
Manevr.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsasən açıqladığı göstəricilərə görə, gələnlərin 27,1 faizini Rusiya, 19,4 faizini Türkiyə, 7,7 faizini İran, 4,9 faizini Gürcüstan, 4,5 faizini Qazaxıstan vətəndaşları təşkil edib.
Azərbaycana gələnlərin 3,7 faizi İsrail, 3,5 faizi Pakistan, 3,1 faizi Özbəkistan, 2,8 faizi Çin, 2,6 faizi Hindistan, 2,4 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1 faizi Belarus vətəndaşları olub. Digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin payı 12,2 faiz təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 minə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 minə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər olub.
Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib. Onların 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xatırladaq ki, ötən ilin analoji dövründə 183 ölkədən 1,948 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar