Xəbər lenti
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azdır.Azərbaycana gələnlərin 3,7 faizi İsrail, 3,5 faizi Pakistan, 3,1 faizi Özbəkistan, 2,8 faizi Çin, 2,6 faizi Hindistan, 2,4 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1 faizi Belarus vətəndaşları olub. Digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin payı 12,2 faiz təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 minə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 minə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər olub.
Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib. Onların 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xatırladaq ki, ötən ilin analoji dövründə 183 ölkədən 1,948 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























