Sizin Reklam Burada
Xəbər lenti
21-10-2026
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Evinin “kupça”sı olmayanlara şad xəbər - Yeni sistem qurulur

Tarix: 21-10-2026 15:45     Baxış: 361 A- / A+

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq olunması nəzərdə tutulur.
Manevr.az-ın ölkə.az-a istinadən xəbərinə görə, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib.
O bildirib ki, burada mühüm istiqamətlərdən biri icbari sığortaların təkmilləşdirilməsidir:
“İcbari sığortaların təkmilləşdirilməsi dedikdə, həm əhatə dairəsinin genişləndirilməsi, həm effektivliyin artırılması, həm də məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur”.
“Məlumat bazaları dedikdə nəyi nəzərdə tuturuq? Məsələn, əgər evin çıxarışı yoxdursa, ev sığortasına çıxış da yoxdur. Artıq bu məlumat bazalarına girişin əldə olunması sığorta şirkətlərinə məlumatları daxil etmək imkanı verəcək. İndi icbari avtosığorta üzrə şirkətlər Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ola bilir, orada texniki pasportun və avtomobilin qeydiyyat nömrəsini yazmaqla bütün məlumatları görə bilirlər. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı belə bir layihənin hazırlanması nəzərdə tutulur”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar