Xəbər lenti
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar.Yeni övladın dünyaya gəlməsi və ya ailə həyatı qurmaq insan həyatının ən yaddaqalan anlarındandır. Bəzi sürücülər bu sevinci ətrafdakılarla bölüşmək üçün avtomobillərini müxtəlif yazılar, stikerlər və bəzək elementləri ilə bəzəyirlər.
Vətəndaşlar məsələ ilə bağlı fərqli fikirlər səsləndiriblər. Bəziləri avtomobillərin bəzədilməsini sevincin ifadəsi kimi qiymətləndirir, digərləri isə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayırlar.
Mütəxəssislərin sözlərinə görə, avtomobillərin müvəqqəti bəzədilməsi özlüyündə qadağan deyil. Lakin bəzək elementləri sürücünün görmə dairəsini məhdudlaşdırmamalı, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalı, dövlət qeydiyyat nişanlarının və işıq cihazlarının görünməsinə mane olmamalıdır.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücü avtomobil hərəkətdə olarkən dövlət qeydiyyat nişanlarının daim görünən olmasını təmin etməli, işıq cihazlarının və onların vasitəsilə verilən siqnalların üzərinin bağlanmasına yol verməməlidir.
"Dövlət qeydiyyat nişanının üzərini bilərəkdən bağlayan sürücü 500 manatdan 800 manatadək cərimələnə bilər. Əgər daşınan yük və ya avtomobilə vurulan bəzək elementi nömrə nişanının görünməsinə mane olarsa, bu hal yükdaşıma qaydalarının pozulması kimi qiymətləndirilə və 40 manat cərimə tətbiq edilə bilər", - deyə ekspert qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























