Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Trampın 14 günü qaldı

Tarix: 20-10-2026 23:06     Baxış: 362 A- / A+
ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri Donald Tramp administrasiyası üçün ciddi siyasi sınağa çevrilir. Prezidentin fəaliyyətindən razı qalan amerikalıların sayının azalması və Demokratlar Partiyasının seçici dəstəyində irəli çıxması Respublikaçıların seçki mövqeləri ilə bağlı narahatlıqları artırır. Son olaraq, “Reuters” agentliyinin “Ipsos”la birgə keçirdiyi sorğunun nəticələrinə görə, Trampın fəaliyyətini dəstəkləyən respondentlərin payı 31 faizə enib. Avqustda bu göstərici 38 faiz idi. Agentlik reytinqdəki geriləməni, əsasən, ABŞ-də benzinin bahalaşmasına və bunun əhalinin narazılığına təsiri ilə əlaqələndirir.

Sorğunun Konqres seçkiləri ilə bağlı nəticələri isə Respublikaçılar üçün daha ciddi mənzərə yaradır. Qeydiyyatdan keçmiş seçicilərin 47 faizi Demokratlara, 35 faizi isə Respublikaçılara səs verəcəyini bildirib. Bununla da demokratlar arasında fərq 12 faiz bəndinə çatıb. “Reuters” bunu hazırkı seçki dövründə qeydə alınan ən böyük üstünlük kimi qələmə verir.

Aralıq seçkilərinin nəticəsi yalnız Konqresdəki yerlərin bölüşdürülməsinə deyil, Trampın növbəti iki ildə siyasi gündəliyini həyata keçirmək imkanlarına da təsir göstərə bilər. Bununla belə, sorğular seçkinin yekun nəticəsini əvvəlcədən müəyyən etmir və real nəticə seçki dairələri üzrə mübarizədən asılı olacaq.

3 noyabr seçkilərində demokratların üstünlüyü real nəticəyə çevrilsə, Donald Tramp Konqres üzərində nəzarəti itirməklə siyasi gündəliyini həyata keçirmək imkanlarını da əhəmiyyətli dərəcədə zəiflədəcəkmi?
sona1.jpg (35 KB)
Siyasi təhlilçi Sona Əliyeva bildirib ki, noyabrın 3-də keçiriləcək aralıq seçkiləri Tramp üçün ciddi sınaqdır:

“Hazırda bu sınaqdan Respublikaçıların itkisiz çıxması inandırıcı görünmür. “Reuters/Ipsos” sorğusuna görə, Trampın reytinqi 32 faizə enib. Bu, onun siyasi karyerasında ən aşağı göstəricidir. İkinci müddətinin əvvəlində bu rəqəm 47 faiz idi. Yəni Tramp iyirmi ayda xeyli “qan itirib”. Bunun əsas səbəbi İran savaşıdır. Fevralda başlanan zərbələrdən sonra benzin bahalaşıb, amerikalı seçici bunu birbaşa cibində hiss edir. Tramp inflyasiyanı cilovlamaq və xarici savaşları bitirmək vədi ilə gəlmişdi. Hazırda isə hər iki vəd havadan asılı qalıb. Ən təhlükəlisi odur ki, çatlar Respublikaçıların öz düşərgəsində də görünür. Bir həftə ərzində partiya tərəfdarları arasında prezidentə dəstək 82 faizdən 73 faizə düşüb. Bəs Demokratlar qalib gəlsə, Trampın əli bağlanacaqmı? Burada üç variant var. Birincisi, Demokratlar Nümayəndələr Palatasını qazanır, Senat isə Respublikaçılarda qalır. İkincisi, Demokratlar hər iki palatanı ələ keçirir. Üçüncüsü, Respublikaçılar sorğulara baxmayaraq Konqresi saxlayır. İndiki halda birinci variant daha ağlabatan görünür. Ona görə ki, Senatda seçki xəritəsi Demokratlar üçün daha ağırdır. Belə olan təqdirdə Palata Trampın büdcə və qanunvericilik təşəbbüslərini bloklayacaq, administrasiyaya qarşı araşdırmalar başladacaq. İmpiçment mövzusu da yenidən gündəmə gələ bilər. Amma Senat Respublikaçılarda qaldığı üçün bu proses sonadək getməyəcək. İstənilən halda, Tramp tam iflic olmayacaq. ABŞ prezidentinin əlində geniş icra səlahiyyətləri və veto hüququ qalır. Tramp xarici siyasətdə, xüsusilə İran məsələsində öz xəttini davam etdirəcək, daxildə isə fərmanlarla idarəetməyə daha çox üstünlük verəcək. Yəni o, zəifləyəcək, amma oyundan çıxmayacaq. Fikrimcə, noyabrdan sonra Vaşinqtonda iki illik siyasi qarşıdurma dövrü başlayacaq. Ağ Ev ilə Konqres arasında bu mübarizə 2028-ci il prezident seçkilərinə qədər davam edəcək. Deməli, 3 noyabr Trampın taleyini həll etməyəcək, amma onun ikinci prezidentliyinin qalan iki ilini ağır keçəcəyini indidən göstərir”. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar