Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Səfərbərlik Xidmətinin 2 sabiq şöbə rəisi həbs olundu

Tarix: 20-10-2026 21:52     Baxış: 360 A- / A+
Səfərbərlik Xidmətinin 2 sabiq şöbə rəisi həbs olundu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Kəngərli rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məftun Xəlilov 8 il, Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azalıdan məhrum edilib.

Hər iki şəxs məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən Məftun Xəlilov Naxçıvan Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan təkrarən rüşvət alnaqda ittiham olunur. O, rəis vəzifəsindən çıxarıldıqdan sonra onu Habil Niftəliyev əvəz edib. Habil Niftəliyev də eyni əməlləri törətməkdə ittiham olunur.

Onlara Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfində 311.3.2-ci maddəsi (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar